Hizbullah Livanın cənubunda İsrail ilə sərhəddə yerləşən Metula qəsəbəsinə kamikadze pilotsuz uçuş aparatları ilə hücum təşkil edib.
“AzPolitika” xəbər verir ki, İsrail hərbçilərinin toplaşdığı əraziyə endirilən zərbə nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Hizbullahın rəsmi “Telegram” hesabından verilən açıqlamada bunun İsrailin dünən Livanın Burqaliyə qəsəbəsinə etdiyi hücuma cavab olduğu bildirilib. Açıqlamada PUA ilə hücum edildiyi və hücum nəticəsində hədəfin dəqiq vurulduğu vurğulanıb.
İsrail Ordusu bu hücumla bağlı hələlik heç bir açıqlama verməyib.
“AzPolitika.info”


Şərhlər