Menu

Vyetnamda Putinin limuzininə böyük maraq - Şəkil çəkdirmək üçün növbəyə düzüldülər... + VİDEO

20.06.2024, 16:15
Vyetnamda Putinin limuzininə böyük maraq - Şəkil çəkdirmək üçün növbəyə düzüldülər... + VİDEO

Rusiya Prezidenti Vladimir Putin Şərqi Asiya turunun ikinci mərhələsində Vyetnamın paytaxtı Hanoya səfər edib.

“AzPolitika” xəbər verir ki, vyetnamlılar Putin üçün xüsusi olaraq hazırlanmış “Aurus Senat L700” markalı limuzinə böyük maraq göstəriblər.

Belə ki, prezident sarayının qarşısında dayanmış avtomobillə iqamətgahın əməkdaşları, polislər və hətta Vyetnam liderinin mühafizəçiləri də foto çəkdirmək üçün növbəyə düzülüblər.

Qeyd edək ki, həmin anları əks etdirən görüntülər sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol