Ukrayna Rusiyanın yanacaq-enerji infrastrukturuna hücumları davam etdirir.
“AzPolitika” son 2 gün ərzində zərbələr nəticəsində məhv edilən sənaye obyektlərinin siyahsını təqdim edir:
- Rostov vilayətindəki Azov neft bazası:
- Krasnodar diyarının Temrük rayonunda yerləşən “Yuqneftximtranzit” müəssisəsinin terminalı;
- Tambov vilayətindəki Platonov neft bazası;
- Adıgey Respublikasındakı Enem neft bazası;
- Krasnodar diyarındakı Afipsk neftayırma müəssisəsi (Burada ildə 7 milyon ton neft emal olunur).
Qeyd edək ki, əməliyyatlarda təkcə dronlardan deyil, “Neptun” raketlərindən də istifadə edilib.
Rusiya ordusu buna cavab olaraq Ukraynanın kritik enerji obyektlərini qanadlı raketlər və “Şahed” dronları vasitəsi ilə vurur. Bu gecə endirilən zərbələr nəticəsində Vinnitsa, Dnepropetrovsk, Donetsk və Kiyev vilayətlərində enerji obyektləri zədələnib.
Ukraynanın enerji şirkəti DTEK bildirir ki, Rusiya ordusu gecə ərzində onun daha bir istilik elektrik stansiyasına zərbə endirib.
Məlumata görə, stansiyanın avadanlıqlarına ciddi ziyan dəyib, 3 nəfər xəsarət alıb.
“AzPolitika.info”


Şərhlər