Menu

Doğum evində tibb işçisinin körpənin atasından pul istəməsi məsələsi araşdırılır

20.06.2024, 17:05
Doğum evində tibb işçisinin körpənin atasından pul istəməsi məsələsi araşdırılır

Lökbatan Tibb Mərkəzinin nəznində yerləşən 4 saylı Doğum evində tibb işçisinin yeni doğulan körpənin atasından pul istəməsi ilə bağlı məsələ araşdırılır.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, iyunun 19-u saat 11:05 radələrində 2005-ci il təvəllüdlü şəxs doğuş üçün adıçəkilən Doğum evinə müraciət edib və Doğum şöbəsinin həkimi mama-ginekoloq Sevinc Məmmədovanın iştirakı ilə saat 13:30-da radələrində pasiyentin qız övladı dünyaya gəlib.

"Görüntülərdə əks olunan hadisə ilə bağlı hazırda TƏBİB tərəfindən araşdırılma aparılır. Araşdırma yekunlaşdıqdan sonra əlavə məlumat veriləcək", - məlumatda vurğulanıb.

Xatırladaq ki, görüntülərdə körpənin atası Qarabağ qazisi və doğum evinin dövlət xəstəxanası olduğunu deyərək pul istənilməsini düzgün saymadığı, tibb işçisinin isə buna məhəl qoymadığı əks olunub.

Şərhlər

Eli 2024-06-20 19:50:10

Bu müştuluq meselesidir bu Azerbaycanda olub,var ve olacaqdır bu rüşvet deyil.Ve bu mesele könüllüdür

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol