Menu

Avropa Rusiyanın maye qaz və neft nəqlinə sanksiyalar qoyur – 14-cü paket razılaşdırıldı

20.06.2024, 17:20
Avropa Rusiyanın maye qaz və neft nəqlinə sanksiyalar qoyur – 14-cü paket razılaşdırıldı

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar Moskvaya qarşı 14-cü sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, növbəti paketdə Rusiyanın maye qazı və neft nəqlinə məhdudiyyətlərin tətbiq olunacağı gözlənilir.

Qeyd olunur ki, sanksiyalar paketinin qəbulu Avropa şirkətlərinin üçüncü ölkələrdəki törəmə şirkətləri və tərəfdaşları tərəfindən sanksiyaların pozulmasına görə məsuliyyətə qarşı çıxan Almaniyanın mövqeyinə görə ləngiyib. Çərşənbə günü bu məsələ ilə bağlı kompromis əldə olunub.

“EUobserver” sənəd layihəsinə istinadən daha əvvəl yazmışdı ki, yeni sanksiyalar paketinə Rusiya mayeləşdirilmiş təbii qazının daşınmasına və helium ixracına qadağa və ikili istifadə texnologiyalarına girişin məhdudlaşdırılması daxildir.

Sanksiya siyahısına müğənni Polina Qaqarina, Rusiyanın Mis Şirkətinin təsisçisi İqor Altuşkin, Prezident Administrasiyasının keçmiş əməkdaşı, İnternetin İnkişafı İnstitutunun - ANO-nun baş direktoru Aleksey Qoreslavski və “Baltika” şirkətinin keçmiş prezidenti Taimuraz Bolloyev daxil edilə bilər.

Yeni paket çox güman ki, 27-28 iyunda və ya ondan əvvəl Brüsseldə keçiriləcək Aİ sammiti zamanı qəbul ediləcək.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol