Menu

Britaniyanın dövlət borcu rekord səviyyəyə çatdı

21.06.2024, 17:59
Britaniyanın dövlət borcu rekord səviyyəyə çatdı

Böyük Britaniyanın dövlət borcu may ayında 2,74 trilyon funt-sterlinqə (3,47 trilyon dollar) çatıb və bu, ölkənin ümumi daxili məhsulunun (ÜDM) 99,8%-ni təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Britaniya Milli Statistika İdarəsi məlumat dərc edib.

Məlumata görə, bu, 1961-ci ildən bəri dövlət borcunun ÜDM-ə nisbətində rekord göstəricidir.

Bildirilib ki, Britaniyanın borcu COVID-19 pandemiyası zamanı artıb, daha sonra yavaş iqtisadi artım və faiz dərəcələrində kəskin artımın mənfi təsirinə məruz qalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol