Menu

ƏDLİYYƏ NAZİRLİYİNDƏ YENİ BAŞ İDARƏ YARADILDI - Rəhman Məmmədov vəzifədən azad edildi

22.06.2024, 15:23
ƏDLİYYƏ NAZİRLİYİNDƏ YENİ BAŞ İDARƏ YARADILDI - Rəhman Məmmədov vəzifədən azad edildi

Ədliyyə Nazirliyində kadr dəyişikliyi olub.

"AzPolitika" xəbər verir ki, "qaynarinfo"-nun məlumatına görə, "Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 04 iyun 2024-cü il tarixli Fərmanı ilə Nazirlikdə struktur dəyişikliyi həyata keçirilib.

Dəyişikliyə əsasən, Bələdiyyələrlə İş Mərkəzi ləğv edilərək, yerində Bələdiyyələrlə İş Baş İdarəsi yaradılıb.

Bununla əlaqədar Rəhman Məmmədov vəzifədən azad edilərək Ədliyyə Nazirliyinin sərəncamına götürülüb.

Bələdiyyələrlə İş Baş İdarəsinin rəis əvəzi vəzifəsi Həsənov Elmin Ağamusa oğluna həvalə edilib. 

Şərhlər

Oxucu 2024-06-23 16:48:33

Hərbi xidmət keçməyənlər yüksək vəzifəyə təyin olunmamalıdır!

Şəkili 2024-06-23 16:29:04

Cənab Nazir, Ədliyyə Nazirliyinin bütün sahələrində kadr islahatları aparılmalıdır, o cümlədən vəkillər Kollegiyasında! Sizin atdığınız addımları alqışlayırıq və uğurlar diləyirik.

Mubariz 2024-06-22 21:07:30

Belə « islahata » söz ola bilməz ,mərkəz ləğv edilir ,yerində həmin adda baş idarə yaradılır .Azərbaycan sayağı islahat .

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol