Dağıstanda törədilən terror aktları nəticəsində 20 nəfər ölüb, 46 nəfər yaralanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Zərərçəkənlərdən 7 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
***
İyunun 23-də Dağıstanda baş verən terror aktları 15-dən çox polis əməkdaşının həyatına son qoyub.
"Report" xəbər verir ki, Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Melikov özünün teleqram kanalında yayımladığı videoda bildirib.
Onun sözlərinə görə, 15-dən çox polis Dağıstanın əmin-amanlığını qoruyan zaman terror aktının qurbanı olub.
Qeyd edək ki, onlardan biri Dağıstan İşıqları polis idarəsinin rəisi Mavludin Xıdırnəbiyevdir. O, terrorçularla atışma zamanı ağır yaralanaraq dünyasını dəyişib.
Bundan başqa 24, 25 və 26 iyun Dağıstanda matəm günləri elan edilib. Müvafiq fərmanı Sergey Melikov imzalayıb.
Xatırladaq ki, iyunun 23-ü axşam saatlarında Dərbənd və Mahaçqala şəhərlərində iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna silahlı basqın edilib.
***
Dərbənddə (Dağıstan, Rusiya) antiterror əməliyyatının aktiv mərhələsi başa çatıb.
Bu barədə Milli Antiterror Komitəsi (MAK) məlumat yayıb.
"Dərbənd şəhərində antiterror əməliyyatının aktiv mərhələsi başa çatıb. Əməliyyat zamanı iki yaraqlı məhv edilib", - məlumatda deyilir.
Qeyd edək ki, silahlı hücumdan sonra ölənlərin sayı 10-a çatıb.
Bu barədə Dağıstan Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölənlərin 8-i hüquq-mühafizə orqanlarının əməkdaşıdır,
25 nəfərin isə yaralandığı qeyd olunub. (Mənbə: interfax-russia.ru)
***
Dərbənddə iki terrorçunun barrikada qurduğu yaşayış binasına hücum davam edir.
Sakinlər təxliyə edilib, şəhərdə hərbi texnika hərəkət edir, helikopterlər uçur.
İlkin məlumata görə, yaraqlıların beynəlxalq terror təşkilatına mənsub olduqları bildirilir.
Terror aktları nəticəsində 9 nəfər həlak olub, onlardan yeddisi hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. 25 nəfər isə xəsarət alıb.
Bəzi Telegram kanalları ölənlərin sayının daha çox olduğunu deyirlər.
Dərbənddə hücuma məruz qalan sinaqoqda güclü yanğın başlayıb.
Rusiya DİN Mahacqalanın Maqomedhacıyev küçəsində döyüş getdiyini açıqlayaraq, vətəndaşları o ərazidən uzaqlaşmağa çağırıb.
***
Mahaçqala və Dərbənddə baş verən hücumlar nəticəsində ölənlərin sayı artıb.
“Report” xəbər verir ki, bu barədə Dağıstan müftiliyi məlumat yayıb.
Qeyd olunub ki, terror aktları nəticəsində 9 nəfər həlak olub, onlardan yeddisi hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Silahlı hücumlarda 25 nəfər xəsarət alıb.
***
Dağıstanın (Rusiya Federasiyası) Dərbənd və Mahaçqala şəhərlərində baş verən terror aktları nəticəsində 23 nəfər xəsarət alıb.
Bu barədə “112” teleqram kanalı öz mənbələrinə istinadən xəbər yayıb.
Vurğulanıb ki, hazırda 5 nəfərin öldüyü məlumdur.
Dağıstanın Daxili İşlər Nazirliyi xəbər verir ki, hüquq-mühafizə orqanının 6 əməkdaşı həlak olub, 12-si yaralanıb.
Rusiya Milli Antiterror Komitəsinin informasiya mərkəzi isə bildirib ki, bütün Dağıstan ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib, hazırda kilsə və sinaqoqu atəşə tutan yaraqlıların zərərsizləşdirilməsi üçün tədbirlər görülür.
“Vətəndaşların təhlükəsizliyini təmin etmək, terror cinayətlərinin qarşısını almaq və silahlı hücumda iştirak edən şəxslərin tutulması üçün Rusiya FSB-nin Dağıstan üzrə departamentinin rəhbəri antiterror əməliyyatı keçirmək qərarına gəlib”, - məlumatda deyilir.
Qeyd edək ki, bu gün axşam saatlarında Dərbənd və Mahaçqala şəhərlərində iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna silahlı basqın edilib.
***
Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində naməlum şəxslərin hücumu nəticəsində 1 polis əməkdaşı həlak olub, 6-sı yaralanıb.
Bu barədə Dağıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Mahaçqalada ilkin olaraq bir polis əməkdaşı həlak olub, altısı yaralanıb”, - məlumatda deyilir.
Mülki əhali arasında yaralı və ölənlərin olmadığı qeyd edilir. “BAZA” teleqram kanalı məlumat yayıb ki, polis əməkdaşlarına hücum edən iki terrorçu məhv edilib.
Bundan əvvəl Dağıstanın Dərbənd şəhərində naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutub.//Report
***
Rusiyanın Dərbənd şəhərində naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutub, bir polis əməkdaşı həlak olub, biri isə yaralanıb.
Bu barədə Dağıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Təxminən saat 18:00-da (Bakı vaxtı ilə 19:00- Qeyd) Dərbənddə naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutub. İlkin məlumata görə, bir polis əməkdaşı həlak olub, biri isə yaralanıb. Şübhəlilərin qaçdığı avtomobil müəyyən edilib. Ölən və yaralanan polis əməkdaşları ilə bağlı məlumatlar dəqiqləşdirilir”, – məlumatda vurğulanıb.



Şərhlər
Bunların heç birinə terrorçu demək olmaz. Bunlar fələstinli çocukların və İSLAMın fəryadını dünyaya haykıran Dağıstanın doğurduğu mücahidlərdir. Belə olmasaydı qanlarını qaşığa qoymazdılar. FƏLƏSTİNƏ ƏDALƏT!