Rumıniya Xarici İşlər Nazirliyi Ermənistandakı səfir Sorin Vasileunu geri çağırıb. Musavat.com-un erməni KİV-ə istinadən verdiyi məlumata görə, diplomat izahat üçün geri çağırılıb.
Məlumatda bildirilir ki, səbəb onun Ermənistan Amerika Universitetində etdiyi çıxış zamanı uydurma erməni soyqırımı məsələsinə “sayğısız və qeyri-obyektiv yanaşması”, habelə aşkar antisemit və hemofob açıqlamaları olub.
O da bildirilir ki, “səfir gec də olsa erməni xalqı qarşısında üzrxahlıq edib, lakin diplomatik qalmaqal davam edib”.


Şərhlər