Menu

AVRO-2024: Macarıstan son dəqiqə qolu ilə qələbə qazanıb - Almaniya qrup lideri oldu

24.06.2024, 01:08
AVRO-2024: Macarıstan son dəqiqə qolu ilə qələbə qazanıb - Almaniya qrup lideri oldu

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Şotlandiya - Macarıstan görüşü başa çatıb.

"Report" xəbər verir ki, Ştutqartdakı "MHP Arena"da keçirilən matç macarların minimal hesablı qələbəsi ilə başa çatıb.

Yeganə qolu 90+10-cu dəqiqədə Kevin Çobot Şotlandiya yığmasının qapısından keçirib. Bu qələbə sayəsində 3 xal qazanan Macarıstan A qrupunu üçüncü sırada başa vurub. Şotlandiya isə 1 xalla sonuncu olub.

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun İsveçrə - Almaniya görüşü də başa çatıb.

Frankfurtdakı "Valdştadion"da keçirilən matç 1:1 hesabı ilə yekunlaşıb.

Hesabı 28-ci dəqiqədə isveçrəlilərdən Dan Ndoye açıb. Meydan sahibləri 90+2-ci dəqiqədə Niklas Fullkruqla "status-kvo"nu bərpa edib.

Bu nəticənin ardından A qrupunda xallarının sayını 7-yə çatıdran Almaniya birinci, xal ehtiyatını 5-ə çatdıran İsveçrə isə ikinci olub. Hər iki komanda AVRO-2024-ün 1/8 finalına yüksəlib.

1Almaniya32108-27
2İsveçrə31205-34
3Macarıstan31022-53
4Şotlandiya30122-71

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol