Menu

Netanyahu HƏMAS ilə gərgin döyüşlər mərhələsinin sona yaxınlaşdığını açıqlayıb

24.06.2024, 09:35
Netanyahu HƏMAS ilə gərgin döyüşlər mərhələsinin sona yaxınlaşdığını açıqlayıb

İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-la intensiv döyüşlərin sona yaxınlaşdığını açıqlayıb.

APA TASS-a istinadən xəbər verir ki, Netanyahu müharibənin intensivliyinin sona yaxınlaşmasına baxmayaraq ölkəsinin müharibəni dayandırmayacağını, əksinə HƏMAS-ı məhv etməyə çalışacağını bildirib.

Ətraflı Baş nazir İsrail televiziyasının 14-cü kanalına müsahibəsi zamanı bunları deyib: "Rəfahda hərbi əməliyyatların intensiv mərhələsi tezliklə başa çatacaq, lakin biz əməliyyatlara və zərbələrə davam edəcəyik və təslim olmayacağıq. Biz bütün gücümüzlə onları vururuq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol