Londonda bu həftə Əfqanıstan hökümətilə beynəlxalq donorlar arasında xarici qoşunların çıxarılmasından sonra ölkənin inkişaf perspektivi müzakirə olunub.
Əfqanıstana on milyardlarla dollar vəsait ayrılsa da ölkə iqtisadiyyatı hələ də zəif və xarici donorlardan asılı vəziyyətdədir.
Ölkə ümidlərini kənd təsərrüfatının inkişafına bəsləyir, ekspertlərə görə meyvə, və o cümlədən nar ixracı, Əfqanıstan üçün olduqca gəlirli sahəyə çevrilə bilər.
BBC Fars Xidməti Televiziyasının Əfqanıstan üzrə müxbiri Daud Qariazadənin reportajı.


Şərhlər