Xəbər verdiyimiz kimi, iyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib, 3 polis əməkdaşını və bir mülki şəxsi qətlə yetirib.
Axar.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, külli miqdarda dələduzluğa görə axtarışda olan Rövşən Allahverdiyev haqda əməliyyat məlumatı əldə edilib və onun evində olduğu müəyyənləşib.
Əməliyyat hazırlanıb və sübh tezdən – təxminən 7 radələrində polis əməkdaşları R.Allahverdiyevin Şüvəlandakı evinə gəliblər. Bu zaman cinayətkar silahlı müqavimət göstərib. O, anasının arxasında gizlənib və “Lancaster” ov tüfəngini anasının çiyninə qoyaraq, polisləri nişan alıb.
Polis əməkdaşları cinayətkarın ailəsi və anasının xəsarət görmə ehtimalını nəzərə alaraq, silahları yerə qoyublar və öz anasından girov kimi istifadə edən R.Allahverdiyevlə danışmağa cəhd göstəriblər. R.Allahverdiyev isə bu məqamdan istifadə edərək, silahlarını artıq yerə qoyan polislərə atəş açıb və onları qətlə yetirib.
Yalnız ailəsi və anası təhlükəsizlikdə olandan sonra digər polis əməkdaşları R.Allahverdiyevi məhv edib.
"Rövşəni uşaqlıqdan tanıyıram. Əvvəllər məhkumluq həyatı yaşadığını bilirdim. Bir il əvvəl öyrəndim ki, imkanlı bir adamın külli miqdarda pulunu da oğurlayıb".
Bunu Bakıda keçirilən əməliyyat zamanı üç polis əməkdaşını qətlə yetirən Rövşən Allahverdiyevin qonşusu Ramiz İbrahimzadə deyib.
"Rövşənin axtarışda olduğunu bilmirdim. Atası içki aludəçisi idi. Özü də imkanlı adamların həyətlərində işləyirdi. Özünü elə aparırdı ki, sanki yer üzündə ondan yaxşısı yoxdur. Rola girib kiminsə mal-mülkünə göz dikirdi. Bildiklərimi həmin adamlarla yaxınlığım olmadığı üçün onlara deyə bilmirdim", - deyə qonşu əlavə edib.
Ətraflı Baku TV-nin süjetində:
Qeyd edək ki, yayılan rəsmi məlumatda Rövşən Allahverdiyevin külli miqdarda dələduzluğa görə axtarışda olduğu göstərilsə də, konkret hansı maddələrlə cinayət məsuliyyətinə cəlb edildiyi barədə məlumat verilmir.
"Azpolitika" AFN.az-a istinadla xəbər verir ki, bu ilin aprel ayında Bakı sakini Abbas Dadaşov Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovun qardaşı Teymur Şahbazovdan şikayətçi olduğunu bildirib. O, AFN-ə açıqlamasında deyib ki, Teymur Şahbazov qardaşının adından və mövqeyindən sui-istifadə edərək, Sumqayıt şəhəri, Koroğlu küçəsində, Əmlak Komitəsinin Sumqayıt şöbəsinin yaxınlığında yerləşən 0.68 ha boş torpaq sahəsinin sənədləşdirilməsi üçün ondan külli miqdarda pul alıblar.
Teymur Şahbazov şikayətçini Rövşən Allahverdiyevlə birgə aldadıb. Abbas Dadaşovun sözlərinə görə, ondan üst-üstə 236 min manat pul alıblar. Şikayətçinin sözlərinə görə, Rövşən Allahverdiyevlə bağlı Daxili İşlər Naziliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci maddəsinin 2.1, 2.2, 3.4-cü hissələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, APA TV-yə danışan R.Abdullayevin qonşularından biri isə vurğulayıb ki, həmin şəxsin atası və anası Şüvəlan qəsəbəsində yaşayıblar:
"Onu bir-iki dəfə görmüşəm, atası rəhmətə gedib".
Qonşulardan digəri isə bildirib ki, əməliyyat zamanı məhv edilən R.Abdullayevin üç övladı var.
Onu da qeyd edək ki, lent.az-ın əməkdaşı hadisə baş verən evdə olub, oradakı vəziyyəti müşahidə edib.
Əməkdaşımızın apardığı müşahidələr zamanı məlum olub ki, hadisəni törədən Rövşən Allahverdiyevin yaşadığı evin girişindəki qapıya kod qoyulub. Girişdə həmçinin çoxlu sayda müşahidə kameraları quraşdırılıb.

Ehtimal olunur ki, Rövşən evə gəlib-gedənlərin izləmək üçün bu qədər kamera quraşdırıb.
Hadisə yerini müayinə edən kriminalistlər kamera görüntülərini götürüblər.
"AzPolitika.info"

Şərhlər
Bu "əməliyyata" kim göstəriş verib məsuliyyətə cəlb edilməlidir.Bu çox pis hazırlanıb və icra edilib.Nəticə ğöz qabağındadır.Beş nəfər həyatdan getdi. "Azərbaycansayağı əməliyyat" belədə olmalı idi.
Polis *dələduz* haqda tam-dəqiq *məlumat*lı olsa da, hadisədən öncəki sirr-sehrlər belə tezliklə aşkarlana bilməz? Nəzarətə götürüləcək vətəndaşın Anası, özündən aşağı ailəsi, dolanışıqları və son hadisə haqqında nə deyiblər? Ən güclü ABŞdan başlamış (qeyri-sosialist) dövlətlərdə qeyd edilən (bicnesmen) fəaliyyətlə yaxşı dolanıb, *yüksək Şəxsiyyət* olanlar da az deyil? Ölkəmizdə Əmək qabiliyyətli neçə Vətəndaşımız var və onların neçəsi dəqiq-hansı normal məvaciblə çalışırlar? Sosial Tədqiqatlar Mərkəzi açıqlasın-Nədən, daha az sərvətli Ermənistanda adambaşına gəlir Azərbayccandan yüksəkdir?
Baku tv -nin bu sujeti bütün dəlilləri puç edir, «üzəduran» və « işverənlərə » meydan verəndə rəsmi məlumatlara inananların sayı sıfıra düşür ...
Baş vermiş hadisə təsadüfi deyil. Bu rayonda kriminal ünsürlərə qarşı lazımı səviyyədə mübarizə aparılmır. Rayonda ən kriminal yerlərdən biri Buzovna qəsəbəsindəki 3 saylı yataqxanadır. Yataqxanada məskunlaşmış şəxslərin əjsəriyyətinin Bakı şəhər İcra Hakimiyyıti və SİCAR-ıa əmək münasibətləri mövcud deyilş. Fəhlə yataqxanadı, fəhlənin müvəqqəti yaşayış yeridir. Yataqxanaya vərəsəlik hüququ yoxdur. Nə vaxtsa SOCAR-da işləmiş valideyn, övladını ailəsi ilə bu yataqxanaya pasport qeydiyyaına saldırıb, bu yataqxanads yer alıb. Bu yatsqxanada qanunsuz məsku laşma barədə təsirli tədbirlər görülməli. bütün kriminal ündürlər bu yataqxanadan çıxarılmalıdır. Bu yataqxanada yeniyetməə bıçaqlanıb, qadın və qaçüın döyüle. Polis bu cinayyətləri ört-basdır edib. ŞəPolis tərəfindən kriminal ünsürlər dəstəkləndikləri üçün, harınlayıb, polisə atəç açırlar. Hesab edirəm ki, baş vermiş hadisədən sonra Xəzər rayon polis Jdarəsində güclü kadr islahatları aparılmalıdır