Menu

Xədicə İsmayılın evində axtarış sona çatdı - Yenilənib

06.12.2014, 18:10
Xədicə İsmayılın evində axtarış sona çatdı - Yenilənib

 Xədicə İsmayılın evində axtarış sona çatdı

Ailə üzvlərinin məlumatına görə, prokurorluq əməkdaşları özləri ilə içərisində film olan 50-dək DVD disk, bir modem aparatı götürüblər.

musavat.com-un məlumatına görə, artıq Xədicə İsmayılın mənzilində aparılan axtarış sona çatıb. Prokurorluq nümayəndələri evdən yalnızca müxtəlif vizitkalar tapa biliblər.

X.İsmayılın anası Elmira İsmayılova bildirib ki, evdə demək olar ki hər yeri axtardılar. Səbəb kimi Tural Mustafayevlə Xədicə İsmayıl arasında olan yazışmaları ortaya çıxarmaq göstərilib.

-----

Vəkillər Xalid Bağırov və Elton Quliyev gəldikdən sonra Xədicə İsmayılın evində axtarış başlanıb.

Azadlıq Radiosunun hadisə yerində olan əməkdaşının dediyinə görə, hal şahidlərinin seçilməsi məsələsində prokurorluq əməkdaşları ilə Xədicə İsmayılın yaxınları arasında mübahisə yaşanıb:

«Vəkillər gələnədək prokurorluq əməkdaşlıqları hal şahidlərini seçmişdilər. Bildirdiklərinə görə, qonşulardandır. Xədicənin yaxınları isə həmin şəxslərin prokurorluğun öz adamları olduğunu bildirdilər. Buna baxmayaraq, anasından başqa hal şahidi kimi, Xədicənin yaxınlarına axtarışda iştiraka icazə verilmədi».

[gallery columns="4" ids="76059,76060,76061,76062"]

-----

Araşdırmaçı jurnalist Xәdicә İsmayılın yaşadığı mənzilə prokurorluq vә mülki geyimli şəxslər axtarışa gәliblәr. Bu barədə məlumatı bloqçu Mehman Hüseynov yayıb.

Hazırda Xədicə İsmayılın yaşadığı mənzildə olan bloqçunun sözlərinə görə, ev sahibi və vəkil olmadığından evə heç kimi buraxmır: “Qapını bağlayıb çölә çıxdım, burda hardasa 30-a yaxın mülki geyimlilәr var. Mәnә deyirlәr ki, qapını açım, içәri girsinlər.

Onlara bildirirәm ki, vәkilsiz vә evin sahibi olmadan heç kim içəri girә bilmәz. Hәlә içəri girmirlər”.

Araşdırmaçı jurnalist Kürdəxanıya köçürülüb

Dekabrın 6-da səhər saat 11-də Xədicə İsmayıl 2 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Dekabrın 5-də məhkəmə ona 2 aylıq həbs kəsəndən sonra o, Nərimanov rayonunda yerləşən müvəqqəti saxlanma təcridxanasına aparılmışdı.

Dekabrın 5-də Səbail rayon Məhkəməsi Xədicə İsmayıl barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsinə qərar verib.

Qərar Bakı şəhər Prokurorluğunun təqdimatı əsasında qəbul edilib.

Təqdimat Tural Mustafayevin intihara cəhdinin istintaqı ilə əlaqədardır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol