Ukraynada ən yüksək anti-reytinqi olan siyasətçilərin siyahısına ölkənin beşinci Prezidenti və hazırkı parlament deputatı Pyotr Poroşenko başçılıq edir.
“AzPolitika” xəbər verir ki, “Active Group” tərəfindən Ukraynada aparılan son sorğuların nəticələri belə qənaətə gəlməyə əsas verir.
Poroşenkoya ukraynalıların 75%-dən çoxu etibar etmir, təxminən 64%-i isə əmindir ki, onun fəaliyyətləri Rusiya Federasiyası ilə müharibədə Ukrayna üçün zərərlidir.
Poroşenko bütün siyasətçilər arasında ən çox etibar edilməyəndir – 75,3%. Eyni zamanda, respondentlərin yalnız 5,3%-i ona tam etibar edir. Həmçinin, respondentlərin 63,6%-i “Siyasətçinin fəaliyyəti Rusiya Federasiyası ilə müharibədə Ukraynaya zərər, yoxsa kömək edir?” sualına cavab verərkən, Poroşenkonun fəaliyyətini zərərli hesab etdiyini bildirib.
Ukraynalıların 60%-dən çoxu siyasətçilər arasında ən çox Ukrayna Prezidenti Volodimir Zelenskiyə güvənir. Respondentlərin 82%-dən çoxu onun beynəlxalq fəaliyyətini Ukrayna üçün “müsbət” adlandırıb.
“AzPolitika.info”


Şərhlər