Rusiya və Türkiyə liderləri arasında telefon danışığı olub.
Kremlin yaydığı məlumata görə, Rəcəb Ərdoğan Dağıstanda terrorçuların cinayətkar hücumunu kəskin şəkildə pisləyib, Rusiya xalqı ilə həmrəy olduğunu bildirib, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib və bütün yaralıların tezliklə sağalmasını arzulayıb.
Vladimir Putin başsağlığı və dəstəyə görə minnətdarlığını bildirib və əlavə edib ki, Türkiyə və Rusiya liderləri antiterror zonasında əməliyyatların sıx əlaqələndirilməsini davam etdirmək barədə razılığa gəliblər.
Məlumata görə, prezidentlər Putin və Ərdoğan iyulun 3-4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində təmasların davam etdirilməsi barədə də razılığa gəliblər.
“AzPolitika.info”


Şərhlər