Menu

Cəlilabadda xəsarətlə nəticələnən yol qəzası baş verib

27.06.2024, 00:48
Cəlilabadda xəsarətlə nəticələnən yol qəzası baş verib

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.

Belə ki, “Lexus” markalı minik avtomobili ilə “VAZ 2106” markalı minik avtomobilinin toqquşması nəticəsində bir nəfər xəsarət alıb.

Yaralı rayon xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol