Vaşinqton regionda mövcud olan bir sıra problemlərin həlli üçün diplomatik səylərini davam etdirir.
“AzPolitika” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə dövlət katibinin müavini Ceyms O`Brayenin Bakıya səfərini şərh edərkən bildirib.
Miller dövlət katibinin köməkçisinin mütəmadi olaraq bölgəyə səfər etdiyini vurğulayıb: "Bu, bir müddətdir üzərində işlədiyimiz bir prosesdir".
Dövlət Departamenti dünən açıqlayıb ki, Ceyms O'Brayen iyunun 27-29-da Azərbaycan və Xorvatiyaya səfər edəcək. O`Brayen Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Xarici İşlər naziri Ceyhun Bayramovla görüşəcək.
İyunun 11-də O'Brayen İrəvanda olub və mətbuata müsahibəsində Azərbaycan və Ermənistanın sülh müqaviləsi üzrə razılığa gəlməsinin vaxtının yetişdiyini, əlavə danışıqlar aparmaq praktikasına son qoyulmalı olduğunu vurğulayıb.
“AzPolitika.info”


Şərhlər