Menu

“Paşinyan ağlına gələni Qriqoryanın dilindən deyir” – Zatulin

27.06.2024, 12:01
“Paşinyan ağlına gələni Qriqoryanın dilindən deyir” – Zatulin

“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiya tərəfindən Qarabağın Azərbaycana verilməsi ilə bağlı bəyanatları başdan-başa yalandır”.

“AzPolitika” xəbər verir ki, bunu Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədrinin birinci müavini Konstantin Zatulin “RİA Novosti”-yə bildirib.

“Cənab Qriqoryan onu işə götürən Nikol Paşinyandan da böyük rusofobdur və bir sıra hallarda müdiri ağlına gələni onun dilindən açıqlayır. Bu halda söhbət açıq-aşkar yalandan gedir” – deyə, Zatulin bildirib.

Rusiyalı deputat qeyd edib ki, Qarabağ Ermənistanın Baş naziri Nikol Paşinyan üçün təkcə lazımsız deyil, həm də zərərlidir.

Zatulin iddia edib ki, Paşinyan Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının mğvcudluğunu qeyri-mümkün vəziyyətə salıb.

“Görünür, bu, onun Qərblə yeni dostluğunun şərti idi. Axı Qərbə Qarabağda rus sülhməramlıları lazım deyil. Necə ki, Ermənistanın KTMT-yə üzv olması və ya Gümrüdə Rusiya bazasının olması da onları narahat edir. Görünür, bunlar növbəti addımlardır və bunu cənab Paşinyanın tərəfdarları və özü gizlətmir”, - Zatulin bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol