Menu

Azərbaycandakı valyuta hərraclarındakı satış iyunda 7 dəfədən çox artıb

27.06.2024, 12:49
Azərbaycandakı valyuta hərraclarındakı satış iyunda 7 dəfədən çox artıb

Bu ilin I yarısında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 3 milyard 598,8 milyon ABŞ dolları məbləğində satış olub.

“Report” bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

Təkcə bu ay isə valyuta satışının məbləği 581 milyon dollar təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 7,4 dəfə çoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol