Menu

“Xocalıya daha 50 ailənin köçürülməsi həyata keçiriləcək” - Elçin Yusubov

28.06.2024, 11:13
“Xocalıya daha 50 ailənin köçürülməsi həyata keçiriləcək” - Elçin Yusubov

Artıq Xocalı şəhərinə 50 ailənin köçürülməsi təmin edilib.

"Report " xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, yaxın müddətdə daha 50 ailənin köçü həyata keçiriləcək: “Xocalı şəhəri, Kərkicahan qəsəbəsi, Malıbəyli kəndinə, Ağdərə rayonunun Umudlu kəndinə bu il 228 ailənin yerləşdirilməsi nəzərdə tutulub”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol