Kreml ötən gün ABŞ-də Co Bayden və Donald Tramp arasında keçirilən teledebatı şərh etmir.
“AzPolitika” xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında deyib. Peskov prezidentlik debatlarının ABŞ-nin daxili işi olduğunu və Kremlin onlara heç bir qiymət verməyəcəyini vurğulayıb.
Onun sözlərinə görə, Rusiya hakimiyyəti üçün həqiqətən vacib olan bir çox digər məsələlər var: “Birləşmiş Ştatlarda müzakirələr gündəmdəki əsas məsələlər kateqoriyasına aid deyil”.
Eyni zamanda, Kreml nümayəndəsi qeyd edib ki, Rusiya tərəfi ABŞ-də seçki debatları zamanı verilən bəyanatlarla tanış olacaq.
Daha əvvəl CNN bildirib ki, ABŞ-dəki ilk seçki debatını izləyənlərin üçdə ikisi Trampın Bayden üzərində qələbə çaldığını hesab edir.
“AzPolitika.info”


Şərhlər