Menu

"Parlament seçkiləri tarixə düşəcək" - MSK sədri

29.06.2024, 16:42
"Parlament seçkiləri tarixə düşəcək" - MSK sədri

Parlament seçkiləri tarixə düşəcək, çünki Azərbaycanın bütün suveren ərazilərində keçiriləcək.

APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, bu seçkilər tarixi seçkidir: “Burada məntəqələrin sayı bir az çox olacaq. Bu, təbiidir. Hazırda azad edilmiş ərazilərdə məskunlaşma sürətlə davam edir, insanlar öz torpaqlarına qayıdır. Bu seçkilərdə biz onları məmnuniyyətlə nəzərə alacağıq. Bu baxımdan Milli Məclisə seçkilər də çox böyük tarixi əhəmiyyət kəsb edəcək. Bizim fəaliyyətimiz çox böyük standartlarla həyata keçirilməlidir. Bizim fəaliyyətimizdə birinci maarifləndirmə məsələsidir”.

Şərhlər

Mubariz 2024-06-30 11:32:19

Bir dəfə tarixə düşmüsüz - seçkinin nəticəsini bir gün əvvəldən saytnızda yerləşdirdiyinizə görə .Çalışın bu dəfə heç olmasa radara düşməyin ,birdə xahişim var -AğaMalıya ,Qüdrətə ,Zahidə ,Fazilə Siyavuşa və.s toxunmayın ,arada kefimizi açırlar ,güldürürlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol