Menu

Hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin yeni tarifləri müəyyən edilib

30.06.2024, 21:30
Hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin yeni tarifləri müəyyən edilib

Hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri (əks istiqamət üzrə eyni olmaqla) müəyyən edilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

№İstiqamətlərTariflər(ƏDV daxil, manatla)Ə
1.Bakı-Naxçıvan / Naxçıvan-Bakı70.00
2.Naxçıvan-Gəncə / Gəncə-Naxçıvan60.00
3.Bakı-Gəncə / Gəncə-Bakı84.00
4.Bakı-Qəbələ / Qəbələ-Bakı65.00
5.Bakı-Füzuli / Füzuli-Bakı78.00
6.Bakı-Zəngilan / Zəngilan-Bakı83.00
7.Bakı-Lənkəran / Lənkəran-Bakı65.00
8.Bakı-Zaqatala / Zaqatala-Bakı84.00

Qeyd edək ki, ölkədaxili müntəzəm şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri yenilənib (əlavə olunur). Lakin Bakı-Naxçıvan / Naxçıvan-Bakı istiqamətləri üzrə hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətinin tarifində dəyişiklik edilməyib.

Qərara əsasən, Bakı-Naxçıvan / Naxçıvan-Bakı təyyarə biletlərinin qiyməti Azərbaycan vətəndaşları üçün 60 manat, xarici ölkə vətəndaşları üçün 70 manat müəyyən edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol