“Hazırda deputatlığa namizədlər siyahısı üzərində iş gedir: “Bir neçə gündən sonra YAP İdarə Heyətinin toplantısı olacaq və deputatlığa namizədlərimiz elan olunacaq”.
“AzPolitika” xəbər verir ki, bu barədə YAP sədrinin müavini, icra aparatının rəhbəri Tahir Badaqov “Gününsəsi.info”ya açıqlamasında deyib.
Hazırki deputatlardan kimlərin yeni siyahıda olmayacağına gəlincə, Tahir Budaqov deyib ki, bu barədə yalnız YAP İdarə Heyəti qərar verəcək.
Yeni siyahıda hazırki deputatlardan kimlərin kənarda qalıb-qalmamasına gəlincə, Tahir Budaqov bu barədə suala belə cavab verib: “Bu barədə yalnız YAP İdarə Heyəti qərar verəcək. Onu da deyim ki, YAP əvvəlki dövlərdə olduğu kimi bəzi dairələrdə müstəqil namizədləri də dəstəkləyə bilər”.
“AzPolitika.info”


Şərhlər
Namizəd irəli sürülməsi üçün əmək kollektivlərinə böyük rol vrilməlidir.Partiyalardan namizəd göstərilməsi mənası,saxtakarlığı əvvlcədən pıanlaşdırılmış və layiqli vətəndaşların kənarda qalmasına imkan verən metoddurBuu ötən ərəfədə Milli Məclisin fəaliyyəti təsdiq etdi.Namizədlər müvafiq şəhər,rayon əhalisi içərisindən,yerli əhali ilə birgə yaşayan,fəaliyyət göstərən fəallardan irəli sürülməlidir.