Menu

Naxçıvanda ilk dəfə MİQ keçiriləcək

01.07.2024, 15:47
Naxçıvanda ilk dəfə MİQ keçiriləcək

Naxçıvanda ilk dəfə müəllimlərin işə qəbul müsabiqəsi keçiriləcək.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən verilən məlumata görə, iyulun 2-də Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada müəllimlərin işə qəbul müsabiqəsi keçiriləcək. İmtahan saat 10:00-da Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə təşkil olunacaq.

Qeyd edək ki, imtahanlar 10 iyula kimi davam edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol