Ukraynanın Təhlükəsizlik Xidməti Çeçenistan rəhbəri Ramzan Kadırova cinayət işi açıb. Buna səbəb onun 3 ukraynalı deputatla bağlı tapşırığıdır. AzPolitika.info-nun məlumatına görə, bu barədə Təhlükəsizlik Xidməti rəhbərinin məsləhətçisi Markiyan Lubkovskiy məlumat verib.
“Məlumat verirəm ki, Ukraynanın Təhlükəsizlik Xidməti Rusiya vətəndaşı Ramzan Kadırov tərəfindən xalq deputatlarına qarşı yönəlmiş terror hədələri ilə bağlı iş başlayıb və təhdidə məruz qalmış deputatların təhlükəsizliyi ilə bağlı tədbirlər görülüb, deyə, “RİA-Novosti”nin məlumatına görə, Lubkovskiy bildirib.
Xatırladaq ki, dekabrın 4-də bir qrup yaraqlı Qroznıda hücuma keçib. Keçirilən əməliyyat zamanı 11 yaraqlı, 14 polis işçisi qətlə yetirilib. 36 polis isə yaralanıb, onlardan 2-nin vəziyyəti ağırdır.
Bundan sonra Ukraynanın bir neçə deputatı Çeçenistanda vəziyyətin gərginləşdirilməsi cəhdlərinə dəstək ifadə edib. Bundan sonra Kadırov Çeçenistanın güc strukturlarına 3 Ukrayna deputatının tutulması və respublikaya gətirilməsi barədə göstəriş verib.
Vaqif Nəsibov


Şərhlər