Menu

Gürcüstanda qırıcı qəzaya uğrayıb

02.07.2024, 15:16
Gürcüstanda qırıcı qəzaya uğrayıb

Gürcüstanın Müdafiə Nazirliyi ölkənin şərqində baş vermiş aviaqəza ilə bağlı məlumat yayıb.

APA-nın “Sputnik Georgia”ya istinadən məlumatına görə, qurumdan Silahlı Qüvvələrə məxsus “Su-25” qırıcısının qəzaya uğradığı açıqlanıb.

Bildirilib ki, nəticədə hərbi pilot Kaxaber Zurabişvili həlak olub.

Nazirliyin rəsmi açıqlamasında hazırda ərazidə hadisənin səbəblərinin araşdırılması üzrə müvafiq işlərin həyata keçirildiyi də qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol