ABŞ Prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Co Baydenin iyunun 27-də Respublikaçı rəqibi, keçmiş prezident Donald Trampla qarşılaşdığı debatdakı çıxışının əks-sədaları davam edir.
“AzPolitika” xəbər verir ki, fiasko ilə başa çatan debatın ardından bir çox insan, xüsusən də ABŞ mediası Baydenə namizədliyini geri götürməsi ilə bağlı çağırış edib.
ABŞ mətbuatında yer alan xəbərlərə görə, Bayden ailəsi dünən Kemp Deviddə bir araya gələrək bu məsələni müzakirə ediblər. Deyilənə görə, Baydenin yaxınları ona seçki yarışından çəkilməməklə bağlı çağırış ediblər. İddialara görə, həyat yoldaşı, uşaqları və nəvələri də daxil olmaqla bir çox ailə üzvü Baydeni ABŞ xalqına daha 4 il xidmət edə biləcəyinə inandırıb.
Qeyd edək ki, 81 yaşlı ölkə başçısının səhhətindəki problemlər səbəbindən yenidən ABŞ prezidentliyinə namizədliyi ölkədə birmənalı qarşılanmır.
“AzPolitika.info”


Şərhlər
Ailəsi və yaxınları yox,silah sənayesinin sahibləri Bayden qağanı yaxın 4 ildə prezident olmağını arzulayırlar.