Menu

CƏBHƏDƏ ÖLÜM-QALIM MÜBARİZƏSİ - Döyüş yoldaşını xilas etmək istədi, sonda... + VİDEO

02.07.2024, 15:44
CƏBHƏDƏ ÖLÜM-QALIM MÜBARİZƏSİ - Döyüş yoldaşını xilas etmək istədi, sonda... + VİDEO

İki ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsinə dair döyüş meydanından dəhşətli görüntülər gəlməkdə davam edir.

"AzPolitika" xəbər verir ki, "Telegram" kanallarında yayılan növbəti bir videoda iki rus hərbçisinin sözün əsl mənasında ölüm-qalım savaşı verdikləri anlar əks olunub.

Nə vaxt və harada lentə alındığı məlum olmayan kadrların əvvəlində qadın rus hərbçinin dron hücumuna məruz qaldığı görünür. Daha sonra onun iki döyüş yoldaşı yaxınlaşaraq qadına ilkin tibbi yardım göstərməyə çalışırlar. Həmin vaxt Ukrayna ordusuna məxsus digər bir dron isə rus hərbçiləri izləyir və bu yardım başa çatar-çatmaz ikinci zərbəni endirir. Videonun sonlarında yerdə hərəkətsiz vəziyyətdə qaldığı görünən hər iki hərbçinin həlak olduğu ehtimal edilir.

Həmin həssas anları təqdim edirik:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol