Menu

"Qərb yeni “səlib yürüşü”nə başlayıb, dünya fəlakətin astanasındadır" - Lukaşenko

02.07.2024, 21:21
"Qərb yeni “səlib yürüşü”nə başlayıb, dünya fəlakətin astanasındadır" - Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko Qərbin yeni “səlib yürüşü”nə başladığını deyib.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, Aleksandr Lukaşenko bu barədə Belarusun Müstəqillik Günü münasibətilə təşkil olunan təntənəli mərasimdə danışıb.

Belarus Prezidenti Qərbin yeni “səlib yürüşü”nə başladığını və dünyanın artıq fəlakətin astanasına sürükləndiyini, İkinci Dünya müharibəsinə dair həqiqətlərin Qərbə lazım olmadığını bildirib:

“Hazırda “sükan” arxasında olanlar təslimçilərin ideya və birbaşa varisləridir. Onlar üçün 1945-ci ildə heç nə bitməyib. Ən əsası, artıq yeni “səlib yürüşü” başlayıb”, - o qeyd edib

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol