Menu

İnsanın Marsa getməsi üçün VACİB ADDIM

06.12.2014, 18:21
İnsanın Marsa getməsi üçün VACİB ADDIM

Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) insanın Marsa səyahət etməsində mühüm rol oynayacaq Orion kosmik gəmisini Floridadakı "Cape Canaveral" bazasından kosmosa yola salıb.

Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, təxminən 6 min kilometr yüksəklikdə dünyanı iki dəfə fırlanacaq kosmik gəmidə kosmonavt olmayacaq.

Orinonun daha sonra saatda 30 min kilometr sürətlə atmosferə yenidən daxil olması və paraşütün köməyi ilə Meksikanın Baja Kaliforniya yarımadası sahillərində Sakit okeana eniş etməsi gözlənilir.

Aparat kosmosda olarkən Marsla bağlı həlledici hesab edilən araşdırmaları həyata keçirəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol