Menu

“Çin Ukraynadakı müharibəni bir zənglə bitirə bilər” - Finlandiya Prezidenti

03.07.2024, 11:45
“Çin Ukraynadakı müharibəni bir zənglə bitirə bilər” - Finlandiya Prezidenti

Çin Rusiyanın Ukraynaya qarşı müharibəsini bir telefon zəngi ilə bitirə bilər.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb bildirib.

Onun sözlərinə görə, Rusiya indi Çindən çox asılıdır.

“Prezident Si Cinpin bir telefon zəngi bu böhranı (Ukraynadakı müharibə - red.) həll edəcək. Əgər o, "sülh danışıqlarına başlamağın vaxtıdır” desə, Rusiya bunu etməyə məcbur olacaq. Onların başqa seçimləri olmayacaq”, - Stubb deyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol