Menu

Siyavuş Novruzov daha deputat olmayacaq? - AÇIQLAMA

03.07.2024, 20:12
Siyavuş Novruzov daha deputat olmayacaq? - AÇIQLAMA

VI çağırış Milli Məclisin deputatları Siyavuş Novruzov və Sevinc Hüseynovanın növbədənkənar parlament seçkilərində namizədliklərini irəli sürə bilməyəcəkləri barədə məlumat yayılıb.

Buna səbəb onların adının Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının tərkibinə daxil edilməsi göstərilib.

Ancaq Siyavuş Novruzov Modern.az-a açıqlamasında xəbəri təkzib edib: “Mən Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının üzvüyəm, seçki komissiyasının deyil. Bu xəbər yalandır. Seçki komissiyasının tərkibinə daxil edilsəydim, onda namizədliyimi irəli sürə bilməzdim. Amma indiki halda namizədliyimi irəli sürə bilməyəcəyim haqda xəbər kökündən yanlışdır. Mərkəzi Seçki Qərargahının üzvləri arasında elə deputatlar da olmalıdır. Bu xəbər mənə qarşı açıq-aydın təxribatdır”.

Şərhlər

RR 2024-07-04 18:05:48

Siyavush olmasa, onda heczad

RR 2024-07-04 15:01:15

Aha

Eldeniz 2024-07-03 21:02:59

Siyavus diger deputatlar kimi bir is gore bilmese de insafen duzunu desek cox aktiv depytatdir
Milli Meclisi maraqli edir ..Hafiz Haciyev de deputat olsaydi pis olmazdi .daha mer vermediler vermediler hec olmasa deputat elesinler .))

Mubariz 2024-07-03 19:23:49

Siyavuş olmasa mən Məzahirin istefası tələbi MSK ( Məzahirin Saxtakarlar Kantoru ) qarşısında müddətsiz aclıq aksiyası keçirəcəm

Нур 2024-07-03 14:40:15

Səyavuşsuz parlament “ yas” mərasiminə bənzəyəcək. Heyf səndən olkənin ən savadlı hüquqşünası, ən ağıllı siyasətçisi, sənsiz bu parlament yetim qalacaq.

Senan 2024-07-03 14:32:41

Məclisimizin nōvbəti faraṣalısı kim olacq?

Roma 2024-07-03 13:45:47

Hayıf, batdığ, biz həmişə Səyavuş bəyi parlamentdə görmüşük və necə deyərlər bir növ öyrəşmişdik, Molotov "kotletinə"...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol