Menu

Belarus TŞ Ermənistan hərbçilərinin Minskdəki paradda iştirak etməməsinə münasibət bildirib

03.07.2024, 14:50
Belarus TŞ Ermənistan hərbçilərinin Minskdəki paradda iştirak etməməsinə münasibət bildirib

“Belarus Müstəqillik Günü münasibətilə keçirilən parada Ermənistan hərbçilərini dəvət etsə də, onlar subyektiv səbəblərdən iştirakdan imtina edib”.

APA-nın “Sputnik-Belarus”a istinadən xəbərinə görə, bunu ölkənin Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç bildirib.

Ş "Erməni xalqının əcdadları Belarusun və SSRİ-nin azad olunmasında iştirak etsələr də, onlar hərbi parada gəlmədilər”, - o deyib.

Qeyd edək ki, Belarusun Müstəqillik Günü münasibətilə bu gün Minskdə təşkil olunan hərbi yürüşdə Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Çin hərbçiləri təntənəli keçid edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol