Menu

İbtidai sinif dərsliklərində qəlizlik - "Müəllimlər özləri belə başa düşmürlər" + VİDEO

04.07.2024, 00:40
İbtidai sinif dərsliklərində qəlizlik - "Müəllimlər özləri belə başa düşmürlər" + VİDEO

İbtidai sinif şagirdləri üçün nəzərdə tutulan dərsliklərdə çoxsaylı qəliz sözlər var.

Xezerxeber.az-ın məlumatına görə, dərsliklərdəki akademik sözlər, qarışıq terminlər, qəliz düsturlar və riyazi hesablamalar şagirdləri çətin vəziyyətə salır.

Mövzuya münasibət bildirən təhsil eksperti Kamran Əsədov hesab edir ki, ibtidai sinifdə verilən bir sıra anlayışları heç bəzi müəllimlər özləri belə başa düşmürlər.

Ekspert bildirib ki, dərsliklərin qəliz olması səbəbindən bəzi valideynlər məcburən övladlarına repetitor tuturlar.

Xatırladaq ki, ötən günlərdə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də ibtidai sinifdə verilən bir sıra anlayışların çox qəliz olduğunu diqqətə çatdırmışdı.

Ətraflı süjetdə:

Şərhlər

ƏNHU 2024-07-04 13:26:14

Düşmən girib oturub təhsilimizin içində biz onu tapa və tuta bilmirik. Bunu etiraf etməliyik.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol