Menu

Aİ-də elektrik enerjisinin qiymətləri yaxın 25 ildə yüksək olacaq

04.07.2024, 13:19
Aİ-də elektrik enerjisinin qiymətləri yaxın 25 ildə yüksək olacaq

Avropa İttifaqı ölkələrinin sakinləri 2050-ci ilə qədər elektrik enerjisinə ABŞ və Çindən daha çox pul ödəyəcəklər.

“APA-Economics”in “Bloomberg“ə istinadən verdiyi məlumata görə, bu barədə Avropa Sahibkarlar Konfederasiyasının (“BusinessEurope”) araşdırmasında bildirilir.

Təşkilat öz proqnozunu onunla əlaqələndirir ki, Avropa bloku yaşıllaşdırma hədəflərinə nail olsa belə, 2050-ci ilə qədər Aİ-nin elektrik enerjisi istehsalı xərcləri ABŞ və Çininkindən ən azı 50% yüksək olacaq.

“BusinessEurope” rəhbəri Markus Bayrerin sözlərinə görə, bu dinamika Avropa şirkətlərini alternativ rəqiblərlə müqayisədə əlverişsiz vəziyyətə salır, ona görə də Aİ səviyyəsində təcili tədbirlərə ehtiyac var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol