Menu

"ARTIQ QƏRARIMI VERMİŞƏM..." - Vahid Əhmədovdan seçki ilə bağlı açıqlama

05.07.2024, 20:40
"ARTIQ QƏRARIMI VERMİŞƏM..." -  Vahid Əhmədovdan seçki ilə bağlı açıqlama

“Seçkidə iştirakla bağlı artıq qərarımı vermişəm. Bu dəfə də Qubadan namizədliyimi irəli sürəcəm”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov sentyabrın 1-nə təyin olunan növbədənkənar parlament seçkilərində iştirakla bağlı “AzPolitika”-nın sualını cavablandırarkən deyib.

V. Əhmədov namizədliyinin qeydə alınması üçün tələb olunan müvafiq sənədləri lazımi orqanlara təqdim etdiyini bildirib:“Sənədlərimi də artıq vermişəm. Əvvəl 52 saylı Seçki Dairəsindən namizəd olmuşdum. Hazırda həmin dairə 59 saylı Seçki Dairəsi adlanır. Namizədliyimi buradan verəcəm. Orada müəyyən işlərim var, istəyirəm ki, yekunlaşdırım. Qismət olsa seçiləcəm, olmasa, Allah bilən məsləhətdir”.

“AzPolitika.info” 

Şərhlər

Mayis 2024-07-16 10:00:54

Vahid müəllim kimi 125 deputat olsa vəziyyətimiz düzələr.Qurana and olsun.

Qubalı 2024-07-11 11:12:59

7 ci dəfə nə vacibdir?

İala metin 2024-07-07 19:52:57

nece yashinuz var 70 i kecib deyesən

Firudin 2024-07-06 14:04:25

FİKSİYA VƏ ALDATMACAIAR BAŞLADI.BU NƏ ZAMAN İTƏLƏB OLUNAN SAYDA MZA VƏRƏQƏLƏRİ YOPLADI Kİ.ARTIQ SƏNƏDLƏR MSK-YA VERİLDİ?BUNU GÖƏN VƏ İNANAN VARMI?

Mubariz 2024-07-05 18:17:56

Sizə halaldır

maqamed 2024-07-05 16:05:22

bezmedin deputat olmaqdan? .... Omrunuz bitdi kreslo sevdaniz bitmedi sizin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol