Menu

ŞƏHİDİN XANIMINA VƏZİFƏ VERİLDİ - Direktor təyin edildi + FOTOLAR

05.07.2024, 20:35
ŞƏHİDİN XANIMINA VƏZİFƏ VERİLDİ - Direktor təyin edildi + FOTOLAR

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinə yeni direktor təyinatı olub.

"AzPolitika" xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb. Əmrə əsasən sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Qabil qızı Hüseynova bu vəzifəyə təyin edilib.

Qeyd edə ki, K. Hüseynova 2004-cü ildən Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərir. O, klassik musiqi janrlarında əsərlər və vətənsevərlik ruhunda mahnılar bəstələyib. K.Hüseynova, eyni zamanda Azərbaycan musiqi mədəniyyətinə dair elmi əsərlərin müəllifidir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.

Qeyd edək ki, K.Hüseynova şəhid pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşıdır.


Şərhlər

Şəkili 2024-07-05 22:31:32

Cənab Nazir, Şəkinin Musiqi məktəblərində korrupsiya hökm sürür ! Demək olar ki, Musiqi məktəblərini tam özəlləşdiriblər, özbaşnalıqlar hökm sürür...

Eldeniz 2024-07-05 20:14:05

Allah sehidlerimize rehmet elesin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol