İslahatçı Məsud Pezeşkian İranda keçirilən prezident seçkilərinin ikinci turunda mühafizəkar Səid Cəliliyə qalib gəlib.
“Report” xəbər verir ki, bunu ölkənin Seçki Qərargahının rəsmi nümayəndəsi Mohsen Eslami açıqlayıb.
Onun IRIB telekanalında bildirdiyinə görə, 30,53 milyon bülletenin hamısının emalının nəticələrinə əsasən, müasir İran tarixində doqquzuncu seçilmiş prezident olan Pezeşkiyan 16,384 milyon səs toplayıb – səslərin azı 53,6 faizi.
İran liderinin respublikanın Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi, mühafizəkar Səid Cəlili 13,538 milyon – 44,3% səs toplayıb.
İranda keçirilən prezident seçkilərində seçici fəallığı 49,8% təşkil edib.
Qeyd edək ki, İran prezidenti ali rəhbər Əli Xameneidən sonra ölkədə əhəmiyyətcə ikinci siyasətçidir. Prezidentin vəzifələrinə konstitusiyanın müddəalarını həyata keçirmək və icra hakimiyyətinə rəhbərlik etmək daxildir. İranın xarici siyasətinin ümumi istiqaməti yeni prezidentdən asılı olacaq.

Şərhlər
Amin Aamin min Amin
İranda seçgi marafonu başlayanda və ilk olaraq 80 nəfər iddiaçıdan 6 nəfərin namizədliyinin təsdiq olunması və onlardan birinin də məhz Məsud bəyin olmasından dolayı fikir bildirmişdik ki, Ali Dini Lider qarşıdakı illərdə İranı beynəlxalq müharibə təhdidindən yayındırmaq, nəhayyət də İranda 45 illik özünü təcridi az da olsa durdurmaq və ən əsası da İran xalqının az da olsa rejimə dəstəyini geri qaytarmaq. Çünki, Baş molla son Parlament seçgilərində şahid olmuşdu ki, xalq artıq rejimi qəbul etmir və artıq ona inanmır. Xamaneyi demək olar ki, bu seçgidə qismən də olsa buna nail oldu. Qalan məsələləri isə yaxın zaman göstərəcək. O ki qaldı Məsud bəyin seçilməsinə, bəziləri yenə də qeyd edir ki, İranda söz sahibi Xamaneyidi və Prezident orada bir təfərrüatdır. Bəli bu belədir. Amma yuxarıda da qeyd etdim ki, İranın mövcud bərbad vəziyyəti, Xamaneyini məcbur edir ki, öz siyasətinə yenidən baxsın. Bunun da bariz nümunəsi, hər şeyə rəğmən Məsud bəyin Türk kimliyini və islahatçıığını sinəyə çəkib onun üzərində durması oldu. İkinci ən böyük nüans isə Türklərin nəhayyət də yüz ildən sonra İranda prezident seçilməsidir. Bu İran rejimində sensasiya doğuracaq bir hadisə oldu. Ona görə də biz buna ciddi yanaşmalıyıq və nə olsun deyib keçməməliyik. İnşallah yaxın tarix, çox şeylərə şahid olacaqdır. Elə belə deməmişlər, 21-ci yüz illik Türk əsridir. Bizlər də Məsud bəyi bu qələbə münasibəti ilə təbrik edir və gələcək çətin və məsuliyyətli görəvdə ona başarılar diləyir və güneyli quzeyli bötöv Azərbaycana da gözün aydın deyirik .
Qurban olaram Allaha deyesen tunelin sonunda işqucu görünür ve böyük ehtimalla TURAN yaradılması ehtimaı yükselmeye ve güclenmeye doğru gedir.Yaşasın Böyük Azerbaycan.Yaşasın Turan.