Menu

Krasnodarda iki neft anbarı vuruldu – Ukrayna ordusunun gecə hücumu

06.07.2024, 10:59
Krasnodarda iki neft anbarı vuruldu – Ukrayna ordusunun gecə hücumu

İyulun 6-a keçən gecə Rusiyanın Krasnodar diyarında pilotsuz təyyarənin hücumu nəticəsində iki neft anbarı yanıb, nəzarət qülləsi zədələnib.

“AzPolitika” xəbər verir ki, bu barədə regionun operativ qərargahı məlumat yayıb və zərbələrə görə Ukraynanı ittiham edib.

Əməliyyat qərargahının məlumatına görə, iki ərazidə pilotsuz təyyarələr vurulub. Dağıntılar Yeiskdə nəzarət qülləsinə az ziyan vurub, Pavlovskaya kəndindəki neft bazasında yanacaq çəni yanıb. Bundan başqa Leninqradskaya kəndindəki neft anbarında yanacaq çəni dron hücumu nəticəsində külə dönüb. İlkin məlumata görə, itki yoxdur.

Rusiya Müdafiə Nazirliyi isə Krasnodar diyarı üzərində pilotsuz təyyarələrin məhv edilməsi barədə məlumat vermir. Nazirliyin məlumatına görə, bu gecə Kursk vilayəti üzərində yeddi, Belqorod vilayəti üzərində isə bir pilotsuz təyyarə vurulub. Krasnodar vilayətinin hakimiyyət orqanları da hücumlar və onların nəticələri barədə hələ ki, yazmayıb.

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri Rusiya bölgələri mütəmadi olaraq atəşə tutulur və pilotsuz təyyarələrin hücumlarına məruz qalır. Rusiya Müdafiə Nazirliyi Ukraynanın hücumlarının “yatırılması” barədə məlumat verir və Rusiya ərazisi üzərində raket və pilotsuz təyyarələrin vurulduğunu bildirir. Dağıntı və tələfat var. Əksər hallarda Kiyev bu mesajları şərh etmir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol