Menu

Orban Çində səfərdədir - Si Cinoinlə görüşdü (Yenilənib)

08.07.2024, 08:08
Orban Çində səfərdədir - Si Cinoinlə görüşdü (Yenilənib)

Macarıstanın Baş naziri Viktor Orban Pekinə “sülh missiyası” səfəri çərçivəsində Çinin Sədri Si Cinpinlə görüşüb.

“Report” xəbər verir ki, bu barədə “Sinhua” agentliyi məlumat yayıb.

Görüşün təfərrüatları açıqlanmayıb.

Xatırladaq ki, daha əvvəl Orban sosial şəbəkədə Çinə səfərə gəldiyini bildirmişdi. 

****

Macarıstanın Baş naziri Viktor Orban “sülh missiyasını” davam etdirmək üçün Pekinə gəldiyini bildirib.

“Report” xəbər verir ki, bu barədə siyasətçi sosial şəbəkədəki səhifəsində yazıb.

“Sülh missiyası 3.0”, – o yazıb və paylaşımına “Pekin” həştəqi, həmçinin hava limanından bir fotoşəkil əlavə edib.

“Reuters” agentliyi Macarıstan hökumətinin başçısının mətbuat katibi Bertalan Havaşiyə istinadən yazıb ki, Orbanın Çin Sədri Si Cinpinlə görüşəcək.

Agentliyin məlumatına görə, Çin Xarici İşlər Nazirliyi də siyasətçinin səfərini təsdiqləyib.

***

Macarıstanın baş naziri Viktor Orbanın Çinə səfər edəcəyi və bazar ertəsi Pekinə gələcəyi gözlənilir.

APA xəbər verir ki, bu iddialar Macarıstanın “444.hu” portalı tərəfindən dərc olunub.

Portal yazır ki, bundan əvvəl Orban Ukraynada, Rusiyada və iyulun 6-da Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitinin keçirildiyi Azərbaycanda səfərdə olub. İndi isə o Pekinə gedir və orada bazar ertəsi səhər tezdən olacaq.

Macarıstan hökuməti hələlik məlumatı təsdiqləməyib. Saytın yazdığına görə Baş nazirin təyyarəsi “Dassault Falcon 7X” artıq Budapeşti tərk edib və Pekinə gedir. Orbanın da təyyarədə olduğu ehtimal olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol