Xəbər verdiyimiz kimi, səlahiyyət müddəti başa çatmış Milli Məclisin vitse-spikeri Adil Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.
"AzPolitika" xəbər verir ki, Əziz İmran oğlu Əzizov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı da Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Prezidentin digər Sərəncamı ilə Əziz İmran oğlu Əzizov Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
"AzPolitika" Əziz Əzizovun dosyesini təqdim edir:
Əziz İmran oğlu Əzizov 9 dekabr 1963-cü ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. M. Əzizbəyov adına Neft və Kimya Akademiyasını mühəndis ixtisası üzrə bitiib.

1985–1986-cı illərdə Tramvay parkında xətt sahəsi ustası, 1986–1987-ci illərdə vaqon bölməsində usta, 1987–1989-cu illərdə yol təhlükəsizliyi müfəttişi, 1989–1990-cı illərdə yol təhlükəsizliyi idarəsinin rəisi, 1990–1992-ci illərdə istismar idarəsi rəisi vəzifəsinin icraçısı, 1992–1993-cü illərdə Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbəsinin rəisi, 1993–1996-cı illərdə həmin departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəisi vəzifələrində çalışıb.
1996–2006-cı illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
2006–2018-ci illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
2018–2019-cu illərdə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Bu gün Suraxanının icra başcısı vəzifəsindən azad olunaraq Beyləqan rayonuna icra başçısı göndərilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 3 övladı var.
Prezident İlham Əliyevin bu gün unzaladığı digər Sərəncamla Sahir Polad oğlu Məmmədxanov Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

"AzPolitika" onun da dosyesini təqdim edir:
Sahir Polad oğlu Məmmədxanov 1959-cu ildə İsmayıllı rayonunda anadan olub.
1985-ci ildə Rusiya Federasiyasının Tver şəhərində Kalinin adına Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib.
1985–1993-cü illərdə Tver şəhərinin "Elektroaparatura" zavodunda iqtisadçı, maliyyə-müqavilə şöbəsinin rəisi və Hərbi Sənaye Nazirliyinin "Kalininmaşdetal" istehsalat birliyində baş mühasib vəzifələrində çalışıb.
1993-1999-cu illərdə Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyində müfəttiş, şöbə rəisi işləyib.
1999 -cu ildə "İri vergi ödəyiciləri ilə iş üzrə" Baş İdarə rəisinin müavini, daha sonra Baş idarənin rəisi vəzifəsində çalışıb.
2001–2009-cu illərdə Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 4 mart 2009-cu il tarixli Sərəncamı ilə Vergilər nazirinin müavini vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 29 mart 2016-cı il tarixli Sərəncamı ilə Vergilər nazirinin birinci müavini vəzifəsinə təyin edilib. Bu günə qədər həmin vəzifədə çalışıb.
Ailəlidir. 2 övladı var.

Şərhlər
BUNLARDAN MILLƏTİN NƏ GÖZLƏMTİSİ OLA BİLƏR?hAMISI ÖZ "FƏALİYYƏTİ " İLƏ BƏLLİ ŞƏXSLƏRDİR.öMA GÖRƏ ÖLKƏNİN BAŞI-AYAĞI BİLİNMİR.KADRLARA BAX!
Sahir Memmedxanov vergini duzeltdi indi getdi Qusari duzeltmeye
ezizov yasamalda ne yaxşi iş gormuşdūku........
Cənab Prezident, belə bir Sərəncamınız Şəkiyə lazımdır ! Şəki əldən gedib ?