Menu

Türkiyənin iki şəhərində əməliyyat keçirilib - 12 nəfər saxlanılıb

09.07.2024, 11:03
Türkiyənin iki şəhərində əməliyyat keçirilib - 12 nəfər saxlanılıb

Türkiyə Daxili İşlər Nazirliyinin əməkdaşları DHKP/C terror qruplaşmasına qarşı yeni əməliyyatlar keçirib.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, əməliyyatlar İstanbul və Sakaryada eyni vaxtda baş tutub.

Əməliyyat nəticəsində 12 şübhəli saxlanılıb.

Axtarış tədbirləri nəticəsində, həmçinin iki notbuk, çoxlu telefon və rəqəmsal materiallar ələ keçirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol