Menu

“ABŞ-də uzun bir müddətdir prezident yoxdur” - Mask Baydeni tənqid etdi

09.07.2024, 11:20
“ABŞ-də uzun bir müddətdir prezident yoxdur” - Mask Baydeni tənqid etdi

“Bu, həqiqətən yaxşı sualdır, çünki bizim uzun müddətdir bir prezidentimiz yoxdur”.

“AzPolitika” xəbər verir ki, bunu amerikalı iş adamı Elon Mask bir “X” istifadəçisinin “ABŞ-nin həqiqətən də prezidentə ehtiyacı varmı?” sualını cavablandırarkən deyib.

Maskın bu cavabını şərh edən “The New York Times” nəşri isə 81 yaşlı Co Baydenin geri çəkilməli olduğunu bildirib:“ABŞ-də bu yaşda bir liderə ehtiyac yoxdur. Bayden başqa bir namizədlə dəyişdirilməlidir, çünki yaşlı bir prezidentin ABŞ-a rəhbərlik etməsi son dərəcə təhlükəli olardı”.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol