Menu

ƏLİYEV İCRAYA, ƏSGƏROV PARLAMENTƏ? – Nəsiminin başçısı deputat ola bilər

09.07.2024, 21:21
ƏLİYEV İCRAYA, ƏSGƏROV PARLAMENTƏ? – Nəsiminin başçısı deputat ola bilər

Milli Məclisin vitse-spikeri Adil Əliyev Prezident İlham Əliyevin sərəncamı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olundu. Bu, müəyyən qədər gözlənilməz hadisə olsa da, bir ilk deyildi, əvvəllər də qanunverici hakimiyyətdən icra hakimiyyətinə xeyli sayda transferlər olmuşdu.

Hakimiyyət daxilindəki mənbələrdən “AzPolitika”-ya daxil olan məlumata görə, yaxın günlərdə əks prosesin – icra hakimiyyətindən qanunverici hakimiyyətə transferlərin olması ehtimalı da böyükdür.

Məsələn, Bakının Nəsimi rayonunun başçısı Asif Əsgərovun parlament seçkilərində deputatlığa namizəd olacağı gözlənilir. Məlumata görə, icra başçısı 21 saylı Nəsimi Birinci Seçki Dairəsindən seçkilərə qatılacaq. Ötən seçkilərdə həmin dairədən YAP-ın Nəsimi rayon təşkilatının keçmiş sədri Məlahət İbrahimqızı millət vəkili seçilib. Ardıcıl bir neçə dəfə millət vəkili olduğuna görə hakim partiyanın namizədlər siyahısında bu dəfə onun adının olmayacağı dəqiqləşib.

Etibarlı qaynaqlar bildirirlər ki, Milli Məclisin yeni tərkibində hazırda müxtəlif dövlət qurumlarında nazir müavini postunu tutan iki yüksək rütbəli dövlət məmurunu da görmək mümkün olacaq.

“AzPolitika.info”

Şərhlər

Дилетант 2024-07-10 20:52:30

Не зря говорят ....байджан

RR 2024-07-10 18:42:10

hede taa cavannar lazim aqilli millete qulluq eden

sadiq 2024-07-10 13:06:56

bu adamin oglu Kapital bankin sedri ve Pasha sigortanin mushahide shurasinin sedridir. onun uchun de tabii deputat secile biler

nemat 2024-07-10 11:51:40

sizce bu milletin ne gunahi var axi olmaz axi bu qeder millet yaziqdi

Eldeniz 2024-07-10 07:23:40

Cox qeribe bir tendensiyadir eger bir sexs IH bascisi oldusa olene qeder muxtelif rayonlarda basci olacaq ..

Kohne 2024-07-09 21:49:56

AVTOPILOT

Mubariz 2024-07-09 16:17:53

Azpolitika , sadəcə yazın .bu millətin günahı nədir ?...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol