Menu

Ukrayna MDB-dən çıxır

07.12.2014, 10:08
Ukrayna MDB-dən çıxır

“Pyotr Poroşenko Bloku” fraksiyasının sədr müavini Vitali Kovalçuk dekabrın 8-də Ali Radada Ukraynanın Müstəqil Dövlətlər Birliyindən (MDB-dən) çıxması məsələsinə baxılacağını bildirib.

APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bunu Vitali Kovalçuk “Ukrayna” telekanalının efirində bəyan edib.

“Bazar ertəsi Ukraynanın MDB-dən çıxması məsələsi Ali Radanın deputat fraksiyalarının və komitələrinin rəhbərlərinin Məşvərət Şurasında müzakirəyə çıxarılacaq”, deyə o bildirib.

Bundan əvvəl Ali Radada MDB məsələləri üzrə altkomitənin artıq fəaliyyət göstərməyəcəyi bildirilmişdi.

Ali Radanın deputatları noyabrın 27-də Ukraynanın MDB-dən çıxması haqqında qərarın layihəsini hazırlayıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol