“Avropa İttifaqının (Aİ) 30 milyon avroluq yardımını dayandırması və gürcü-amerikan “Layiqli tərəfdaş 2024” hərbi təlimlərinin ləğvi Qərbin “Gürcü arzusu”nun düşmən addımlarına cavabıdır”.
“AzPolitika” xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili bildirib.
Xatırladaq Ki, Vaşinqton iyulun 25-də Gürcüstanda keçirilməsi planlaşdırılan illik hərbi təlimləri avqustun 6-na təxirə salıb.
"Bu, tərəfdaşlarımızın bizim hökumətin anti-Avropa və anti-Qərb ritorikasına və hərəkətlərinə cavabıdır", - deyə Gürcüstan Prezidenti bəyan edib.
Bildirib ki, Qərblə Tiflis arasında münasibətlərin pisləşməsinin əsas səbəbi, "Xarici təsirin şəffaflığı" qanunun qəbul olunmasıdır.
“O Rusiya qanunu heç kimə lazım deyil”, - Zurabişvili bildirib.
Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski bu gün Gürcüstanın Aİ-yə daxil olması prosesinin dayandırıldığını açıqlayıb. Herçinski Aİ-nin Gürcüstana müdafiə sahəsində dəstək üçün nəzərdə tutulan 30 milyon avronu dondurduğunu da bildirib.
“AzPolitika.info”


Şərhlər