Menu

İsrail Qəzzada mülki şəxslərin sığındığı düşərgəni vurub - 29 mülki şəxs həlak olub

10.07.2024, 10:35
İsrail Qəzzada mülki şəxslərin sığındığı düşərgəni vurub - 29 mülki şəxs həlak olub

İsrailin Qəzzanın cənubunda mülki əhalinin sığındığı düşərgəni hədəf alması nəticəsində 29 nəfər həyatını itirib, onlarla insan yaralanıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Qəzza rəsmiləri məlumat yayıb.

Qəzza Səhiyyə Nazirliyi İsrail raketlərinin Xan Yunisin şərqindəki Abasan əl-Kəbirə qəsəbəsindəki əl-Avda məktəbinin yaxınlığına düşdüyünü açıqlayıb.

Xan Yunisdəki Nasser xəstəxanasından verilən məlumata görə, ölənlərin sayının artacağı gözlənilir.

Qeyd edək ki, bu, İsrailin son dörd gündə mülki əhalinin sığındığı düşərgələrə sayca dördüncü hücumudur.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol