Menu

NATO Ukrayna səmasını qapadır – Kiyevə onlarla yeni HHM sistemləri göndəriləcək

10.07.2024, 11:24
NATO Ukrayna səmasını qapadır – Kiyevə onlarla yeni HHM sistemləri göndəriləcək

ABŞ Prezidenti Co Bayden çərşənbə axşamı Vaşinqtonda NATO sammitinin açılışında çıxış edərək, Ukraynaya əlavə hava hücumundan müdafiə sistemlərinin tədarük edildiyini açıqlayıb.

“Birləşmiş Ştatlar Ukraynanın ixrac etdiyimiz kritik hava hücumundan müdafiə vasitələrinin ilk alıcısı olmasını təmin etmək üçün lazım olan hər şeyi edəcək”, - Bayden qeyd edib.

Onun sözlərinə görə, yaxın bir neçə ay ərzində Qərb müttəfiqləri Ukraynanı onlarla əlavə taktiki hava hücumundan müdafiə sistemi ilə təmin edəcəklər.

Planlara uyğun olaraq, Kiyev ABŞ, Almaniya və Rumıniyadan dörd “Patriot” sistemi, Hollandiyadan və digər tərəfdaşlardan bu sistemlər üçün komponentlər, həmçinin İtaliyadan bir SAMP/T sistemi alacaq.

ABŞ, Almaniya, Hollandiya, İtaliya və Rumıniya liderlərinin birgə bəyanatında deyilir: “Bu beş strateji hava hücumundan müdafiə sistemi Ukrayna şəhərlərini, mülki insanları və əsgərləri qorumağa kömək edəcək”.

NATO sammitinin açılışında çıxış edən Bayden ABŞ və müttəfiqlərinin Ukraynaya dəstəyini davam etdirməyə hazır olduğunu bir daha bəyan edib.

“Putin Ukraynanın tamamilə tabe olmasını istəyir, Ukrayna demokratiyasına son qoymaq, Ukrayna mədəniyyətini məhv etmək və onu xəritədən silmək istəyir”, - deyə ABŞ prezidenti sammitdə iştirak edənlərə müraciət edib.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və digər Qərb tərəfdaşlarına hava hücumundan müdafiə sistemlərinin tədarükünə görə təşəkkür edib. Onun sözlərinə görə, bu, ukraynalıları Rusiyanın hava terrorundan qorumağa kömək edəcək.

Zelenski X sosial şəbəkəsində yazıb: “Mən Vaşinqtonda NATO sammitində ilk iş gününə konkret nəticə ilə başladım”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol